Braziliya millisinin və “Real”ın futbolçusu Vinisius Junior İspaniya klubu ilə müqaviləsini uzatmağa yaxındır.
İdman.biz xəbər verir ki, Madrid təmsilçisinin 24 yaşlı vingerlə anlaşması 2030-cu ilə qədər nəzərdə tutulacaq.
Onun indiki sözləşməsi 2027-ci ilin yayında bitir. Yeni müqavilədə maliyyə şərtləri yaxşılaşdırılıb və Vinisius daha çox qazanacaq.
Amma vinger 2 illik diskvalifikasiya təhlükəsi ilə də üzləşib. FİFA onu maraqların toqquşmasında şübhəli hesab edir. Buna səbəb Vinisiusun bir neçə futbol klubunun sahibi olmasıdır. Əgər şübhələr təsdiqlənsə, Junior iki illik cəza alacaq.
Qeyd edək ki, Vinisius cari mövsümün 46 matçında 20 qol və 14 assistə imza atıb.
İdman.biz