"Barselona" La Liqada "Malyorka"ya 1:0 hesabı ilə qalib gəldiyi matçda rəqib qapısına 40 zərbə vurub.
İdman.biz xəbər verir ki, bu, son üç mövsümdə Avropanın aparıcı 5 liqasında çıxış edən klubların göstəriciləri arasında ən yüksək nəticədir.
Bu, həm də "Sofascore"un statistikaları toplamağa başladığı 2015-ci ilin avqustundan bəri "Barsa"nın rekordudur.
Bundan başqa, "Barselona" 2003/04 mövsümündən bəri ilk hissədə rəqib qapısına 24 zərbə ilə qol vurmamaqla La Liqada rekorda imza atıb. Bu zərbələrdən 5-i qapı çərçivəsinə olub, amma heç bir halda top qapıdan keçməyib. Oyunda yeganə qolu 46-cı dəqiqədə Dani Olmo vurub.
İdman.biz