Emil Səfərov əməliyyat olunub

Xəbərlər
23 Aprel 2025 12:45
147
Emil Səfərov əməliyyat olunub

“Neftçi”nin futbolçusu Emil Səfərov əməliyyat olunub.

İdman.biz xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Misli Premyer Liqasının 29-cu turu çərçivəsində aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində çiynindən zədələnin yarımmüdafiəçidə bazu oynağının təkrari çıxığı baş verib. O, bu səbəbdən Türkiyənin İstanbul şəhərindəki “Liv Hospital Vadistanbul”da artroskopik əməliyyat olunub. Əməliyyatı uğurla başa çatan Səfərov iki gündən sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq.

O, təqribi olaraq üç aydan sonra məşqlərə start verəcək.

Qeyd edək ki, “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada Emil zədə səbəbindən oyunu davam etdirə bilməyib və əvəzlənib.

İdman.biz