AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXXI turunda baş verənlər müzakirə olunub.
“Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo “Turan Tovuz”la matçda qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimələnib. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib. Qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” 1500 manat ziyana düşüb.
“Şamaxı”nın futbolçusu Maykl Tuik “Kəpəz”lə matçda qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu 500 manat xərcə salıb. Qonaq komanda tərəfindən ehtiyat skamyaya dəymiş zərər “Kəpəz” tərəfindən ödəniləcək.
İdman.biz