Rəqibin azyaşlı futbolçularını vuran məşqçi cəzalanıb

Xəbərlər
23 Aprel 2025 13:56
159
Rəqibin azyaşlı futbolçularını vuran məşqçi cəzalanıb

15 yaşadək futbolçular arasında Azərbaycan çempionatının “Şamaxı” – “Metak” oyununda baş verənlər AFFA tərəfindən müzakirə olunub.

İdman.biz xəbər verir ki, qurumun İntizam Komitəsi qalmaqalın iştirakçılarını cəzalandırıb.

“Şamaxı”nın futbolçusu Fərid Ağasarılı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. “Metak”ın oyunçusu Əli Şıxnəbiyev də rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün eyni cəzaya layiq görülüb.

Qarşılaşmanın 80+2-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə alan “Şamaxı”nin futbolçuları Hüseyn Hüseynovla Ömər Qocalı, “Metak”ın oyunçuları Əli Zamanovla Vasif Həmidov 4 oyunluq cəza alıblar.

“Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov və rəsmisi Amil Mənsimov hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəza alıblar.

“Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana daxil olaraq “Metak”ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə daha ağır cəza alıb. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq 500 manat cərimələnib. “Şamaxı” növbəti ev oyunu azarkeşsiz keçirəcək.

İdman.biz

Məqalədə: