“Neftçi”nin baş məşqçisi diskvalifikasiya olunub

Xəbərlər
23 Aprel 2025 14:08
152
“Neftçi”nin baş məşqçisi diskvalifikasiya olunub

“Neftçi”nin U-19 komandasının baş məşqçisi Emin Mustafayev diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Mustafayev AFFA Gənclər Liqasında keçirilən “Neftçi” – “Qarabağ” oyununun 90+4-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. O, 2 oyunluq diskvalifikasiya olunub.

İdman.biz