Mahir Emreli: “Gələcəyimlə bağlı heç nə bilmirəm”

Xəbərlər
23 Aprel 2025 15:06
193
Mahir Emreli: “Gələcəyimlə bağlı heç nə bilmirəm”

“Məşqçilər mənə ön xətdə qalmağı tapşırmışdılar. Bu üzdən nadir hallarda geri dönürdüm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

28 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında “Nürnberq”dəki gələcəyi və “Paderborn”la görüş barədə danışıb: “Bu qədər müddət topsuz qalmaq dəhşətli idi. Amma yenə də tapşırığa əməl etdim. Həqiqətən də gələcəyimlə bağlı heç nə bilmirəm. Tamamilə son oyunlara köklənmişəm və bütün bacarığımı ortaya qoyuram. Mən niyə burada olduğumu göstərmək istəyirəm. Karyeramla bağlı məsələdə məsləhətçilərim var. Onlar öz işlərini görür, mən də meydanda öz işimi”.

Qeyd edək ki, Emreli komandasının “Paderborn”a 2:3 hesabı ilə uduzduğu matçda 2 qola imza atıb.

İdman.biz