“Nürnberq”in futbolçusu Mahir Emrelinin komandada qalmasını istəyir: “Xoşbəxt olaram”

Xəbərlər
23 Aprel 2025 15:57
157
“Nürnberq”in futbolçusu Mahir Emrelinin komandada qalmasını istəyir: “Xoşbəxt olaram”

“Mahir əla keyfiyyətlərə malikdir. Bunu meydanda da görə bilərsiz”.

İdman.biz xəbər verir ki, bunu “Nürnberq”in futbolçusu Yulian Yustvan deyib.

27 yaşlı almaniyalı yarımmüdafəçi Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandada qalmasını istədiyini bildirib: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa və ən yaxşı oyununu göstərsə, bizə çox köməyi dəyəcək. Onun “Nürnberq”də qalmasına xoşbəxt olaram”.

Qeyd edək ki, II Bundesliqanın “Paderborn”la oyununda (2:3) dubl edən Emrelinin hər iki qolunun ötürməsini Yulian verib.

İdman.biz