Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Yutub platformasında yayımlanan “Podkat” verilişinin qonağı olub.
İdman.biz xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyunlardan danışıb.
Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib: “Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə, bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”.
İdman.biz