AFFA rəsmiləri UEFA-nın tədbirində

Xəbərlər
23 Aprel 2025 15:32
162
AFFA rəsmiləri UEFA-nın tədbirində

AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.

İdman.biz xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə bir sıra mövzular müzakirə edilib.

Əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarət olub.

“UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: