Elmar Baxşıyev: "Bu tip matçların taleyini xırda nüanslar həll edir"

Xəbərlər
23 Aprel 2025 19:48
154
Elmar Baxşıyev: "Bu tip matçların taleyini xırda nüanslar həll edir"

"Bizim üçün ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. İki fərqli hissə oynadıq. İlk yarıda komanda şəklində oyunumuz alındı. İkinci hissədə "Qarabağ" üstünlüyü ələ aldı. Rəqibi təbrik edirəm. Çempionatdakı son matçlara köklənəcəyik".

İdman.biz xəbər verir ki, buunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycan kuboku yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə 0:3 hesablı məğlubiyyəti şərh edib: "Komandamın daha çox hücumda olmasını istəyirəm. "Qarabağ"ı da vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündürlər. Oturuşmuş heyəti və stabilliyi var. Bu tip matçların taleyini xırda nüanslar həll edir. Oyunu çevirə bilərdik. Bilirəm heç kim o epizodu görməyəcək. 25-ci dəqiqədəki epizod oyunun dəyişmə anı ola bilərdi. Nəsə hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. İkinci epizodu deyim. Hücuma çıxırıq, hücumumuzu saxlayıb bizim qapıya tərəf cərimə zərbəsi verir. Sonra deyir ki, səhv etdim. Ümid edirəm ki, "Araz-Naxçıvan"a qarşı bu səhvlər davamlı olmayacaq. İkili standart hiss olunur. Mənim komandama qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı da obyektiv olarlar".

Qeyd edək ki, iki oyunun nəticəsinə görə 1:3 hesabı ilə uduzan "Araz-Naxçıvan" mübarizəni dayandırıb.

İdman.biz