"Bizə bir addım qalıb. Bu tituldur, prestijdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutksi Azərbaycan kubokunun yarımfinalının "Neftçi" ilə cavab matçıda qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib.
- Həftəsonu "Qarabağ"la oyununuz var və finalda da rəqib onlardır. Yəqin ki, hər iki matça fərqli hazırlaşacaqsız?
- Növbəti matçda rotasiyalarla oynayacağıq. 4 gündə üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Hazırlaşacağıq. Mübarizə aparacağıq.
- Niyə ilk oyundan sonra dominant futbolu oynamadınız?
- Düşünürəm ki, ikinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq.
- Mövsümün finalına 5 tur qalıb, kubokun finalına isə bir ay qalıb. Çempionat oyunlarına fikir verəcəksiz, yoxsa əsas məqsəd finalda qazanmaqdır?
- Əlbəttə. Çempionatın hər oyunu bizim üçün önəmli olacaq. Biz hər oyunda qələbə üçün oynayacağıq ki, qalib gələk.
- Leoni Slutskini Bakıya dəvət edəcəksiz finala baxsın?
- Məmmuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmmuniyyətlə gəlib oyuna baxar.
İdman.biz