Azərbaycanlı futbolçu Albaniya kubokunun finalında

Xəbərlər
23 Aprel 2025 23:54
34
Azərbaycanlı futbolçu  Albaniya kubokunun finalında

Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya kubokunun finalında oynayacaq.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" "Partizani"ni mübarizədən kənarlaşdırıb.

Öz meydanında 0:1 hesabı ilə uduzan Zamiqin komandası səfərdə eyni nəticə ilə revanş alıb. Cütün qalibi əlavə vaxtda müəyyənləşib və "Eqnatiya" daha bir dəfə fərqlənərək finala yüksəlib. Start heyətində yer alan Əiyev qarşılaşmanı əvəzolunmadan keçirib.

Qeyd edək ki, "Eqnatiya" finalda "Dinamo" (Tirana) ilə qarşılaşacaq. Həlledici oyun mayın 1-də təşkil olunacaq.

İdman.biz