Ağadadaş Salyanski “Neftçi”dən gedir

Xəbərlər
24 Aprel 2025 01:56
171
Ağadadaş Salyanski “Neftçi”dən gedir

Gənc hücumçu Ağadadaş Salyanskinin “Neftçi”ni tərk edəcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, 20 yaşlı futbolçu mövsümün sonunda bitəcək müqaviləni artırmaq niyyətində deyil.

Artıq Ağadadaşın növbəti komandasının adı da bəllidir. Salyanski növbəti mövsümə "Şamaxı"nın heyətində start verəcək. Onun seçimində 21 yaşadək futbolçulardan ibarət millimizin yeni baş məşqçisi Ayxan Abbasovun da rolu böyük olub. Gənc futbolçu Şamaxı təmsilçisinə rəhbərlik edən mütəxəssisin rəhbərliyi altında oynamağa qərar verib.

Qeyd edək ki, bu mövsümdə bütün turnirlərdə "Neftçi"nin heyətində 18 oyunda 3 qol və iki ötürmə ilə yadda qalıb.

İdman.biz