“Neftçi”dən 40-cı sülh

Xəbərlər
24 Aprel 2025 09:40
168
“Neftçi”dən 40-cı sülh

“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.

İdman.biz xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub.

Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.

“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.

Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.

İdman.biz

Məqalədə: