Hakimlər hər oyunda orta hesabla 200 qərar qəbul edirlər, yəni hər 20-25 saniyədən bir.
İdman.biz xəbər verir ki, bunu futbol matçlarındakı VAR sistemi ilə bağlı maraqlı məlumatlar paylaşan UEFA açıqlayıb.
Bildirilir ki, hakimlərin VAR-dan istifadə etmədən verdikləri qərarların 97,49%-i düzgündür. Texnologiyadan istifadə isə qərar vermənin dəqiqliyini 99,60%-ə qədər artırır.
UEFA VAR-ı ilk dəfə 2018/19 mövsümündə Çempionlar Liqasının pley-off mərhələləri üçün tətbiq edib. VAR 2024/25 mövsümündə UEFA turnirlərində ümumilikdə 1163 matçda istifadə olunacaq.
UEFA-nın araşdırmaları göstərir ki, VAR olmasaydı, hər 2,4 matçdan bir oyunu dəyişdirə bilən xəta baş verərdi. VAR ilə bu rəqəm 16 matça endirilir.
İdman.biz