UEFA gələn mövsüm Çempionlar Liqasının pley-off mərhələlərindən əlavə vaxtın çıxarılmasını ciddi şəkildə nəzərdən keçirir.
İdman.biz xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
2 oyunluq mübarizədən sonra ümumi hesabda bərabərlik olacağı halda, komandalar qalibi birbaşa penaltilər seriyasında müəyyənləşdirə bilərlər. Bu, oyunçuların yükünü bir qədər azaltmaq məqsədi daşıyır.
Bundan başqa, liqa mərhələsini ilk "səkkizlik"də başa vuran komandaların 1/4 final və yarımfinalda da cavab oyunlarını evdə keçirmələri barədə qərarın da qəbul olunacağı gözlənilir.
Həmçinin köhnə formatda eyni ölkənin klubları yalnız 1/4 finaldan başlayaraq qarşılaşa bilərdilər. İndi ləğv olunan bu qaydanın yenidən bərpa ediləcəyi bildirilir.
İdman.biz