İspaniyanın “Betis” klubu futbolçusu Mark Bartra ilə müqaviləni uzadıb.
İdman.biz xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
34 yaşlı ispan müdafiəçinin yeni anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Bartra mövsümün 29 matçında 3 qol vurub.
Qeyd edək ki, 32 oyunda 51 xal toplayan “Betis” La Liqanın turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.
İdman.biz