AFFA rəsmisi UEFA-nın tədbirində - Rəcəb Tayyib Ərdoğanla Aleksander Çeferin açılış mərasimində

Xəbərlər
24 Aprel 2025 12:38
163
AFFA rəsmisi UEFA-nın tədbirində - Rəcəb Tayyib Ərdoğanla Aleksander Çeferin açılış mərasimində

UEFA-nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayacaq.

İdman.biz xəbər verir ki, bu gün İstanbulda nümayəndəliyin açılış mərasimi keçiriləcək.

AFFA-nı tədbirdə icraçı vitse-prezident Sərxan Hacıyev təmsil edəcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, UEFA rəhbəri Aleksander Çeferin və bir neçə federasiya rəhbərlərinin iştirakı gözlənilir.

İdman.biz