“Araz-Naxçıvan”ın legioneri: “Qarabağ”ın heyətində oyunun taleyini dəyişə bilən futbolçular var"

Xəbərlər
24 Aprel 2025 15:36
177
“Araz-Naxçıvan”ın legioneri: “Qarabağ”ın heyətində oyunun taleyini dəyişə bilən futbolçular var"

"Məğlubiyyətin səbəbini bilmirəm".

İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” komandasının futbolçusu Miço Kuzmanoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları görüş barədə danışarkən deyib.

Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi məğlubiyyətə baxmayaraq, matça ciddi hazırlaşdıqlarını bildirib: “Bilirdik ki, “Qarabağ”la oyun ağır keçəcək. Rəqib yaxşı komandadır. Heyətində oyunun taleyini dəyişə bilən futbolçular var. Bizim isə bəzi itkilərimiz var idi. Əgər ilk hissədəki şanslarımızdan istifadə edə bilsəydik, hər şey fərqli ola bilərdi”.

29 yaşlı oyunçu Ağdam klubunun fiziki oyuna üstünlük verdiyini söyləyib: “Qarabağ” lazım olan vaxtda qol vurdu. Bundan sonra mübarizə aparmaq bizim üçün çətin idi. İndi bilmirik, ya Avropa, ya da Konfrans Liqasında mübarizə aparacağıq. Bizim üçün ən önəmlisi, iştirak etdiyimiz yarışlarda daha çox irəli getməkdir. Çalışırıq ki, hər oyun performansımızı yaxşılaşdıraq”.

Qeyd edək ki, Naxçıvan klubu iki görüşün nəticəsinə əsasən, “Qarabağ”a 1:3 hesabı ilə uduzaraq kubokla vidalaşıb.

İdman.biz