"Turan Tovuz" kapitanını komandada saxlamağı planlaşdırır.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, söhbət Emmanuel Hakmandan gedir.
Tovuz təmsilçisi toqolu müdafiəçi ilə danışıqlara başlayıb. Qərb təmsilçisi Hakmana daha bir illik müqavilə təklif edib.
Tərəflər arasında razılığın əldə edilməsi ehtimalı yüksəkdir. Çünki afrikalı da komandada qalmaq niyyətindədir.
Hakman 2023-cü il sentyabrın 14-dən “Turan Tovuz”da çıxış edir. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
İdman.biz