Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın "Radomyak" klubundan ayrıla bilər.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi baş məşqçisi Joao Henrikesin gözündən düşüb.
Məmmədov sonuncu dəfə fevralda "Radomyak"ın heyətində meydana çıxıb.
O, zədədən qayıtdıqdan sonra martda Azərbaycan millisinin oyunlarının ardından klubun düşərgəsinə gec qoşulub. Futbolçu gecikməsi ilə bağlı baş məşqçiyə məlumat belə verməyib. Bu isə onun heyətdən kənarda qalmasına səbəb olub.
Millimizin üzvü artıq özünə yeni klub axtarır.
Qeyd edək ki, Rahil Məmmədov ötən ilin yayında "Radomyak"a keçib. Bu komandada millimizin digər üzvü Renat Dadaşov da çıxış edir.
İdman.biz