Lionel Messinin 3 oyunluq həsrəti: “İnter Mayami” uduzub - VİDEO

Xəbərlər
25 Aprel 2025 09:14
196
Lionel Messinin 3 oyunluq həsrəti: “İnter Mayami” uduzub - VİDEO

KONKAKAF Çempionlar kubokunda yarımfinal mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, Lionel Messinin formasını geyindiyi “İnter Mayami” “Vankuver Uaytkeps”lə ilk oyuna çıxıb.

Kanada təmsilçisi evdə 2:0 hesablı qələbə qazanıb. Messi ardıcıl üçüncü oyunda qol vura və ya assist edə bilməyib.

Qeyd edək ki, Messi mövsümün 12 matçında 8 qol və 2 assistə imza atıb.

İdman.biz