Misli Premyer Liqasının XXXII turu Tovuzda start götürəcək.
İdman.biz xəbər verir ki, “Turan Tovuz”la “Şamaxı” ölkə çempionatları tarixində 8-ci duelə çıxacaq.
Əvvəlki qarşılaşmalarda üstünlük qərblilərin tərəfindədir. 7 oyunda 4 qələbə qazanan tovuzlular 2 heç-heçə edib və yalnız bir dəfə uduzublar. Bu üstünlük top fərqində də əksini tapıb – 10-8.
“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Şamaxı” son iki görüşdə uduzub.
03.09.2022 |
Şamaxı - Turan Tovuz |
0:1 |
04.11.2022 |
Turan Tovuz - Şamaxı |
1:3 |
06.02.2023 |
Şamaxı - Turan Tovuz |
0:1 |
09.04.2023 |
Turan Tovuz - Şamaxı |
1:1 |
29.09.2024 |
Şamaxı - Turan Tovuz |
2:2 |
09.12.2024 |
Turan Tovuz - Şamaxı |
3:2 |
23.02.2025 |
Şamaxı - Turan Tovuz |
0:1 |
Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.
İdman.biz