Abdullah Zubir: “Hədəfimiz finalda da qalib gəlməkdir”

Xəbərlər
25 Aprel 2025 11:51
186
Abdullah Zubir: “Hədəfimiz finalda da qalib gəlməkdir”

“Görüş çox çətin keçdi. Hesabı açdıqdan sonra oyun açıldı. Ardınca ikinci, üçüncü qolu da vura bildik. Çox şadıq ki, finala çıxdıq. Hədəfimiz finalda da qalib gəlməkdir”.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan kubokunun yarımfinal mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirilən cavab oyunundan (3:0) sonra deyib.

O, mütəmadi olaraq həm çempion olmaları, həm də kubokun finalına çıxmaları üçün motivasiyanı haradan tapdıqları barədə sualı belə cavablandırıb: “Bu, bizim işimizdir. Klub bizə maaş verir ki, hər oyunda meydana qələbə üçün çıxaq, əlimizdən gələni edək”.

Fransız futbolçu arzusunun Çempionlar Liqasının qrup mərhələsində oynamaq olduğunu bildirib: “Hər futbolçunun məqsədi ÇL-in qrupunda oynamaqdır. Mənim də həmçinin. Keçən il buna yaxın olsaq da, qapını tam aça bimədik, bir addımlıqda dayandıq. Əminəm ki, səhvlərdən nəticə çıxardacağıq. Bu dəfə yaxşı hazırlıq keçib ÇL-in qrup mərhələsinə düşəcəyimizə inanıram”.

İdman.biz