AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
“Sabah” – “Neftçi” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat ziyana düşüb. Görüş bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” 1500 manat da ödəyəcək.
“Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.
İdman.biz