“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov yenidən cəzalanıb.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna çalışdırıcının II Liqanın XXII turundakı hərəkəti səbəb olub. “Şahdağ Qusar” – “Ağdaş” oyunu bitdikdən sonra qonaqların cəzalı baş məşqçisi Ruslan Hüseynov hakimləri təhqir edib. Bu üzdən onun cəzasının üzərinə 5 oyun əlavə olunub.
Qeyd edək ki, Hüseynov XXI turun “Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 matçlıq diskvalifikasiya olunmuşdu.
İdman.biz