Qeyri-adi cəza: qələbə qazan - cəmi 1 xal al

Xəbərlər
25 Aprel 2025 15:59
341
Qeyri-adi cəza: qələbə qazan - cəmi 1 xal al

Xorvatiya liqasında qalmağa çalışan "Şibenik" klubu qeyri-adi cəza ilə üzləşib.

İdman.biz xəbər verir ki, Arbitraj məhkəməsi autsayderin qalib gələcəyi hər matça görə 3 xal deyil, bir xal alacağı barədə qərar verib.

"Sportske novosti"nin məlumatına görə, lakin tezliklə qərar ləğv edilib. Belə ki, klub cəriməyə səbəb olan borcları son anda ödəyib. Prezident Jelko Karayiçaya yaxın mənbələr "Şibenik"in keçmiş məşqçiləri Mario Svitanoviç və Damir Çanadiyə borclu qaldığı, lakin artıq problemin həll edildiyini bildirib. Söhbətin ümumilikdə təxminən 276 min avrodan getdiyi deyilir.

Amma bütün bəlalar bununla bitmir. Klubun hesabı mart ayından dondurulub, futbolçulara maaş verilmir, yüksək liqada qalacaqları təqdirdə gələn mövsüm üçün lisenziya məsələsi sual altındadır, həmçinin yeni sahib axtarışı davam edir...

Nəzəri cəhətdən qalmaq şanslarını itirməyən "Şibenik" mövsümün sonuna beş tur qalmış 28 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və 9-cu yerdəki Zaqreb “Lokomotiv”indən beş xal geri qalır.

İdman.biz

Məqalədə: