Keçmiş "Qalatasaray"lı Messiyə futboldan getməyi məsləhət görüb

Xəbərlər
26 Aprel 2025 10:10
108
Keçmiş "Qalatasaray"lı Messiyə futboldan getməyi məsləhət görüb

"Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, artıq futbol üçün çox şey edib".

İdman.biz "Give me Sport"a istinadən xəbər verir ki, bu sözləri "Çelsi" və "Qalatasaray"nin sabiq hücumçusu Didye Droqba "Qızıl top"un 8 qat sahibi haqqında danışarkən deyib.

Kot d'ivuarlı keçmiş futbolçu Messiyə karyerasını bitirməyi məsləhət görərək fikirlərini belə tamamlayıb: "Son dünya çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!"

37 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimidir. "Transfermarkt"a görə, hazırda Messinin transfer dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, Droqba "Çelsi"də Messi isə "Barselona"da çıxış edərkən onlar 8 dəfə rəqib olublar. Bu oyunlardan 2-də London klubu qalib gəlib və yalnız 1-də məğlub olub.

İdman.biz