“Milan” futbolçusu Samuel Çukvueze ilə bağlı qərarını verib.
İdman.biz xəbər verir ki, İtaliya klubu Nigeriya millisinin hücumçusunu satmaq niyyətindədir.
Forvard A seriyası təmsilçisinin planlarına daxil deyil. Bu üzdən onun yay transfer pəncərəsində satılması nəzərdə tutulub. 25 yaşlı hücumçu İngiltərə, İspaniya və Səudiyyə Ərəbistnı klublarının maraq dairəsindədir.
Qeyd edək ki, Çukvueze 2023-cü ildə “Vilyarreal”dan “Milan”a keçib. Müqaviləsi 2028-ci ildə başa çatacaq forvard cari mövsümün 33 oyununda 5 qol və 1 assistə imza atıb.
İdman.biz