"Qarabağ"ın cinah yarımmüdafiəçisi Kadi Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Araz-Naxçıvan"a qarşı keçirilmiş cavab oyununu (3:0, ilk oyun – 0:1) şərh edib.
İdman.biz xəbər verir ki, Sportal.az-a açıqlama verən braziliyalı ölkə kubokunda da çempionluq haqda düşündüklərini deyib.
"Qarabağ"ın legioneri vurğulayıb ki, "Araz-Naxçıvan"a qarşı matçın çətin olacağı əvvəldən bilirmişlər: "Xüsusən də ilk oyunda məğlub olandan sonra bunu yaxşı anlayırdıq. Yaxşı oyun keçirdik və layiqli qələbə qazandıq. "Araz-Naxçıvan" ilk hissədə aqressiv idi, amma ikinci hissədə təzyiqimizi artırdıqca daha yaxşı çıxış etdik. Çoxlu qol imkanlarımız var idi. Düşünürəm ki, "Qarabağ" finala layiqli şəkildə yüksəldi. İndi final oynayacağıq. Təbii ki, qarşımıza daha bir titulu qazanmaq məqsədi qoyacağıq".
İdman.biz