Kilian Mbappe İspaniya Kral kubokunun finalında "Real Madrid"in start heyətində yer almayacaq.
İdman.biz xəbər verir ki, "Real Madrid" bu gün Sevilyada "Barselona" ilə ölkə kuboku uğrunda qarşılaşacaq.
"Radio Marca"nın məlumatına görə, komndasının son iki oyununu buraxan Mbappe Çempionlar Liqasında "Arsenal"la qarşılşmada (1:2) aldığı zədəni hələ tam sağalda bilməyib.
"Real"ın matça bu heyətlə çıxacağı bildirilir: Kurtua, Vaskes, Asensio, Rüdiger, Mendi, Valverde, Çuameni, Sebalos, Bellingem, Vinisius, Rodriqo.
Qeyd edək ki, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə gecə 00:00-da start götürəcək.
İdman.biz