İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.
İdman.biz xəbər verir ki, günün ilk qarşılaşmasında "Çelsi" evdə "Everton"a minimal hesabla qalib gəlib - 1:0.
Oyunda yeganə qol 27-ci dəqiqədə vurulub: meydan sahiblərinin 23 yaşlı seneqallı hücumçusu Nikolas Cekson fərqlənib.
Xalını 60-a çatdıran "Çelsi" hazırda 4-cü pillədədir. 38 xalda qalan "Everton" isə 13-cüdür.
İdman.biz