“Bavariya”nın futbolçusu İngiltərə klubunun hədəfində

Xəbərlər
26 Aprel 2025 20:27
41
“Bavariya”nın futbolçusu İngiltərə klubunun hədəfində

“Bavariya”nın futbolçusu Joao Palinya karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi “Fulhem”in maraq dairəsinə düşüb.

Premyer Liqa klubu futbolçu üçün böyük vəsait ödəmək niyyətində deyil. “Fulhem” 35-40 milyon avrodan artıq xərcə düşmək istəmir.

Qeyd edək ki, Palinya 2024-cü ildən Almaniya klubunda forma geyinir.

İdman.biz