Mahir ardıcıl 3-cü oyunda fərqlənib, komandası qələbəni əldən verib - VİDEO

Xəbərlər
27 Aprel 2025 00:27
89
Mahir ardıcıl 3-cü oyunda fərqlənib, komandası qələbəni əldən verib - VİDEO

Azərbaycanlı futbolçu Mahir Emreli "Nürnberq"in heyətində növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 31-ci turunda səfərdə "Fortuna"nın qapısına yol tapıb.

Yığmamızın hücumçusu görüşün 45+4-cü dəqiqəsində komandasının ikinci topunu vurub. Bu, Mahirin son 3 turda 4-cü qolu olub.

"Nürnberq" 3:0 hesablı üstünlüyü qoruya bilməyib. Meydan sahibləri 3 dəfə fərqlənərək, bir xalı xilas ediblər.

Bu nəticədən sonra Emrelinin komandası 45 xalla 8-ci pillədə qərarlaşıb.

***

23:36

Azərbaycanlı futbolçu Mahir Emreli "Nürnberq"in heyətində növbəti qolunu vurub.

İdman.biz xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 31-ci turunda səfərdə fərqlənib.

Yığmamızın hücumçusu "Fortuna" ilə hazırda davam edən görüşün 45+4-cü dəqiqəsində rəqib komandanı məyus edib. Mahir ardıcıl 3-cü turda qol vurub.

Oyun "Nürnberq"in 2:0 hesablı üstünlüyü ilə davam edir.

İdman.biz