"El Klasiko"dan əvvəl azarkeşlərlə polis arasında toqquşma, fanatlar himni fitə basıb - VİDEO

Xəbərlər
27 Aprel 2025 09:25
226
"El Klasiko"dan əvvəl azarkeşlərlə polis arasında toqquşma, fanatlar himni fitə basıb - VİDEO

Sevilyada İspaniya kubokunun finalındakı "El Klasiko"dan əvvəl "Barselona"nın azarkeşləri ilə polis arasında toqquşma baş verib.

İdman.biz "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun bir qrup azarkeşinin Plaza Nueva meydanındakı davranışı səbəbindən polis onlara müdaxilə etməli olub.

"Barselona"nın bir azarkeşi həbs edilib, bundan sonra polisə yad əşyalar atmağa başlayıblar. Polis fanatları sakitləşdirə bilib və onlar dağılışaraq meydanı tərk ediblər.

Həmçinin stadionda oyunun startı öncəsi “Barselona” azarkeşləri İspaniya himnini fitə basıblar.

Qeyd edək ki, finalda "Real Madrid"lə qarşılaşan "Barselona" əlavə vaxtda vurduğu qol sayəsində 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz