“Səbail” üçün çətin sınaq

Xəbərlər
27 Aprel 2025 11:11
259
“Səbail” üçün çətin sınaq

Misli Premyer Liqasının XXXII turunun üçüncü günü “Səbail” – “Araz-Naxçıvan” oyunu ilə başlayacaq.

İdman.biz xəbər verir ki, ASCO Arena start götürəcək görüş rəqiblərin 8-ci dueli olacaq.

Əvvəlki 7 oyunda komandalar qələbə sayında bərabərdir. Bu matçlardan 3-ündə isə heç-heçə qeydə alınıb. Top fərqində də klublar bərabərdir – 8-8.

“Araz-Naxçıvan” son 3 qarşılaşmada uduzmayıb. “Səbail” doğma meydanda son 2 matçında qələbə qazanmayıb.

24.09.2023

Səbail (Bakı) - Araz-Naxçıvan

1:0

02.12.2023

Araz-Naxçıvan - Səbail (Bakı)

1:1

17.02.2024

Səbail (Bakı) - Araz-Naxçıvan

2:2

21.04.2024

Araz-Naxçıvan - Səbail (Bakı)

0:2

27.09.2024

Araz-Naxçıvan - Səbail (Bakı)

3:2

07.12.2024

Səbail (Bakı) - Araz-Naxçıvan

0:2

22.02.2025

Araz-Naxçıvan - Səbail (Bakı)

0:0

Qeyd edək ki, oyun saat 17:30-da başlayacaq.

İdman.biz