"Güvənirdim və bilirdim ki, "Qəbələ" geri qayıdacaq".
İdmab.biz xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu, iki mövsüm bölgə klubunda oynamış Arif İsayev Sportal.az-a açıqlamasında deyib.
O, keçmiş komandasının Birinci Liqada çempionluğu bayram edərək, Premyer Liqaya vəsiqə qazanmasına münasibət bildirib.
İsayevin dediyinə görə, "Qəbələ"nin ürəyində yeri tamam başqadır: "Doğrudur, oynadığım digər klublara da böyük hörmətlə yanaşıram. “Qəbələ" tamam başqadır. Təbii ki, bu komandanı dəstəkləyirəm. Onların aşağı liqaya düşməsinə üzülmüşdüm. Lakin orada da çox yaxşı oynadılar və Premyer Liqaya qayıtdılar. Bu məni çox sevindirir. Düzünü deyim, güvənirdim və bilirdim ki, "Qəbələ" geri qayıdacaq, Birinci Liqada uzun illər qalmayacaq. qalmaz. Yenidən qayıtdılar yüksək liqaya. Ümidvaram ki, yüksək liqada yenidən uğurlu çıxış edərlər".
İdman.biz