Minifutbol millimiz beynəlxalq turnirin qalibi olub - FOTO

Xəbərlər
27 Aprel 2025 15:02
304
Minifutbol millimiz beynəlxalq turnirin qalibi olub - FOTO

Dünya çempionatına hazırlaşan Azərbatcanın minifutbol millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.

İdman.biz xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıb.

Yığma üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda milli ilə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.

İdman.biz