"Real"ın müdafiəçisi uzunmüddətli cəza ala bilər - VİDEO

Xəbərlər
27 Aprel 2025 17:09
257
"Real"ın müdafiəçisi uzunmüddətli cəza ala bilər - VİDEO

"Real Madrid"in "Barselona"ya 2:3 hesabı ilə uduzduğu İspaniya Kral kuboku finalında mübahisəli insidentdən sonra Antonio Rüdiger uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.

İdman.biz xəbər verir ki, matçın sonlarında Kilian Mbappenin də iştirak etdiyi hücum zamanı hakimin “Barsa"nın xeyrinə verdiyi qərardan qəzəblənən almaniyalı müdafiəçi qəzəblə köməkçi hakimə buz atıb.

Buna görə o və hakimin qərarlarına etiraz edən komanda yoldaşları Lukas Vaskes və Cud Bellingem qırmızı vərəqə alıblar.

"Cadena SER"ə görə, Rüdigerin 4-12 matçlıq cəzalandırılacağı gözlənilir ki, bu da onun mövsümün qalan hissəsində iştirakına son qoya bilər. Meydandan qovulandan sonra da hakimə daha çox buz atmaq istəyəndə komanda yoldaşları onu sakitləşdirməyə çalışıblar.

İdman.biz