"Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 32-ci turun "Araz-Naxçıvan"la (1:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis Premyer Liqada qalmaq şanslarından bəhs edib: "Ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz onlara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq. Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda "Şamaxı" ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Bizə də hər oyuna çətindir. Fərqindəyik. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik.
Baş məşqçi qol epizodlarında rəqibdən üstün olduqlarını bildirib: "Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu vursaydı, üç xal qazansaydıq, daha gözəl olardı. Ümidimizi üzmürük. Futbolda hər şey mümkündür. Bu durumdan çıxaq, ondan sonra başqa söhbətlər edək. Ümidimizi üzmürük. Nəsibimizdə varsa, olacaq".
İdman.biz