Vasili Berezutski: "Biz "Qarabağ"ı finalda favorit hesab edirik"

Xəbərlər
27 Aprel 2025 23:33
48
Vasili Berezutski: "Biz "Qarabağ"ı finalda favorit hesab edirik"

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Premyer Liqanın 32-ci turunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə rəqibi çempionluq münasibətilə təbrik edib.

Sözlərinə davam edən Berezutski oyunda xal qazanmağa layiq olduqlarını vurğulayıb: "Bu gün hər iki tərəfin ifasında kəskin hücumlar şəraitində keçən oyunun şahidi olduq. Bərabər səviyyədə oyun oldu. Biz bu gün bir xala layiq idik".

"Sabah"ın baş məşqçisi "Qarabağ"la qarşılaşacaqları Azərbaycan kubokunun finalı barədə də fikirlərini bölüşüb: "Kubokun finalı bir oyundan ibarətdir, hər şey baş verə bilər. Amma biz "Qarabağ"ı finalda favorit hesab edirik. Amma biz də güclü tərəflərimizi bilirik. Hər şeyi edəcəyik ki, kuboku qazanaq".

Avrokuboklara vəsiqə qazana bilməyəcəkləri halda vəzifəsində qalıb-qalmayacağı ilə bağlı suala isə Berezutski belə cavab verib: "Gələcəklə bağlı heç nə deyə bilmərəm. Buna klubun rəhbərliyi ilə birlikdə qərar verəcəyik".

İdman.biz