Mövsümün əvvəlində "Qarabağ"ın səfərdə 7:2 hesabı ilə qalib gəldiyi “Ludoqorets” Bolqarıstan çempionu titulunu qoruyub.
İdman.biz xəbər verir ki, “Çerno More”yə qalib gələn (2:0) Razqrad klubu finişə beş tur qalmış rəqibləri üçün əlçatmaz olub.
“Ludoqorets” ardıcıl 14-cü dəfə çempionluğunu qazanıb. Uğurlu seriya 2011/12 mövsümündən başlayıb.
Çempionluqların sayına görə sayına görə “Ludoqorets” Bolqarıstanda yalnız liderlər ÇSKA (31) və "Levski"dən (26) geri qalır.
İdman.biz