Kurban Berdıyev Rusiyada adına verilən sektorun açılışında - FOTO

Xəbərlər
28 Aprel 2025 10:15
185
Kurban Berdıyev Rusiyada adına verilən sektorun açılışında - FOTO

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya Premyer Liqasının 26-cı turunda Kazan təmsilçisinin “Fakel”lə oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev simvolik olaraq matçda topa ilk toxunuşu yerinə yetirib.

Baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

İdman.biz