“Qarabağ”ı Çempionlar Liqasında gözləyənlər - SİYAHI

Xəbərlər
28 Aprel 2025 11:00
175
“Qarabağ”ı Çempionlar Liqasında gözləyənlər - SİYAHI

Misli Premyer Liqasının qalibi olan “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinə I təsnifat mərhələsindən başlayacaq.

Qurban Qurbanovun yetirmələrinin yer alacağı səbət də dəqiqləşib. Ağdam klubu artıq ənənəyə çevrildiyi kimi səpələnmişlər sırasında yer alacaq.

Buna “Qarabağ”ın UEFA reytinqindəki xalları səbəb olub. Çempionumuzun hesabında 32,000 xal var.

Təbii ki, ötən il olduğu kimi yenə Çempionlar Liqasını öz ölkəsindən turnirə vəsiqə qazanan komanda əldə edə bilər. Bu da klubların bölgüsünə təsir etməsi mümkündür. Bunun Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqəni artıq qazananlar arasında ən yüksək reytinqə malik “Qarabağ”a da aid olması istisna deyil.

Amma standart – öncədən nəzərdə tutulan bölgüyə əsasən I təsnifat mərhələsində 32 komanda oynamalıdır. Onlardan 18-i artıq dəqiqləşib.

Bu çempionlardan 7-nin səpələnməmiş olduğu müəyyənləşib. 4 komanda isə əks səbətdə olacaq. Səpələnməmiş bu 4 komanda “Qarabağ”ın mümkün rəqiblərindəndir.

“İberiya” (Gürcüstan), “Vikinqur” (Farer adaları), “Şelburn” (İrlandiya) və “Virtus” (San Marino) “Qarabağ”ı gözləyən mümkün klublardır.

Daha 7 çempion isə hələ hansı səbətə düşəcəyini bilmir. Onların taleyi digər 14 iştirakçının kimliyindən asılıdır.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Jalgiris” (Litva)
RFS (Latviya)
“Kuopio” (Finlandiya)
TNS (Uels)

Səpələnməmişlər
“İberiya” (Gürcüstan)
“Vikinqur” (Farer adaları)
“Şelburn” (İrlandiya)
“Virtus” (San Marino)

Qeyri-müəyyənlər
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
“Levadiya” (Estoniya)
“Dinamo” (Minsk, Belarus)
“Kayrat” (Qazaxıstan)
“Differdanj” (Lüksemburq)

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz