Aygün Kazımova və Aleyna Tilki Bakıda dünya çempionatında oxuyacaqlar – biletlər satışda

Xəbərlər
28 Aprel 2025 12:25
223
Aygün Kazımova və Aleyna Tilki Bakıda dünya çempionatında oxuyacaqlar – biletlər satışda

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Azarkeşlər dünya çempionatının açılış mərasiminin və digər günlərdə keçiriləcək oyunların biletlərini iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Mundiala günlük biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.

Mayın 21-də DÇ-2025-in rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə qonaqları əyləndirəcəklər.

Qeyd edək ki, mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 21:00-da başlayacaq.

İdman.biz