“Zirə” Ruan Renatoyla müqaviləni artırıb

Xəbərlər
28 Aprel 2025 13:17
162
“Zirə” Ruan Renatoyla müqaviləni artırıb

“Zirə” Ruan Renatoyla yeni müqavilə bağlayıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, braziliyalı müdafiəçi daha iki il Bakı təmsilçisində çıxış edəcək.

Yeni müqaviləyə əsasən futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.

İdman.biz

Məqalədə: