Azərbaycanın veteran futbolçusu Mahmud Qurbanov “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun çempionluq sayında onun rekordunu təkrarlamasını normal qarşılayır.
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında yığmanın sabiq üzvü və məşqçisi bildirib.
Qurbanov bunun gözlənilən olduğunu söyləyib: “Münasibətim normaldır. Rekordlar nə vaxtsa yenilənir. Bədavi Hüseynovun mənə çatması normaldır. “Qarabağ” neçə ildir Azərbaycan çempionu olur. Komandada oynayan futbolçulardan hansınınsa rekordu təkrarlayacağı gözlənilən idi. Normal qarşılayıram”.
Qeyd edək ki, Mahmud Qurbanov 6 fərqli klubda 11 qızıl medala sahib çıxıb. Sabiq yarımmüdafiəçi “Kəpəz” (1994/1995, 1997/1998, 1998/1999), “Neftçi” (1996/1997, 2003/2004, 2004/2005), “Şəmkir” (1999/2000, 2000/2001), “Xəzər Lənkəran” (2006/2007), “İnter” (2007/2008) və “Bakı”da (2008/2009) bu sevinci yaşayıb.
İdman.biz