Türkiyə 1-ci liqasında çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev baş məşqçisiz qalıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Çorum”un çalışdırıcısı Tuncay Şanlı istefa verib.
43 yaşlı mütəxəssis dünən 36-cı tur çərçivəsində "Ankaragücü" ilə keçirilən qarşılaşmadakı 0:1 hesablı məğlubuyyətdən sonra bu addımı atıb.
Qeyd edək ki, “Çorum” çempionatda 51 xalla 13-cü pillədə qərarlaşıb.
İdman.biz