“Zirə”nin futbolçusu Salifu Suma Rusiya klublarının maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, qonşu ölkə mətbuatında "Spartak"ın qvineyalı hücumçunu heyətinə qatmaq istədiyi xəbəri yayılıb.
Bundan əvvəl “Lokomotiv”in Sumanı transfer etmək istədiyi bildirilmişdi. Moskva təmsiçilərinin Salifuya görə 800 min avro ödəmək istədikləri yazılıb.
"Zirə" ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan 21 yaşlı futbolçu ilə Kiyev "Dinamo"su və "Fənərbaxça"nın maraqlaması ilə bağlı informasiyalar var. Bolqarıstan klublarından isə "Ludoqorets" və ÇSKA onu heyətində görmək istəyir.
Qeyd edək ki, Salifu bu mövsümdə bütün turnirlərdə 37 oyunda 11 qol vurub, 6 ötürmə verib.
İdman.biz